`Dini sahədə öz mütəxəssislərimizdən istifadə etməliyik` - Deputat


17:25     28 Oktyabr 2016 publika.az1454223140siyavush.jpg

"Müstəqillik dövründən bu günə qədər ölkəmizdə 3 min nəfər xaricdə dini təhsil alıb gəlib".


Femida.az Trend-ə istainadən bildirir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Azəraycanda 2166 məscid fəaliyyət göstərir, onun 1600-ü daimi fəaliyyət göstərəndir: "Xaricdə təhsil alan şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azəraycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində dini sahədə mütəxəssislər yetişdirilir. Biz dini sahədə öz mütəxəssislərimizdən istifadə etməliyik".

Femida.az

Açar sözlər:

Oxunub: 1022